Gömrükdə saxlanılan mallar
29 iyun 2022 12:32 (UTC +04:00)

Gömrükdə saxlanılan mallar

Roma imperiyasına aid əşyalar Azərbaycan gömrüyündə SAXLANILDI - FOTO

Tarixi əhəmiyyət daşıyan xeyli miqdarda predmetin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Rusiyaya gedən "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb.

Yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin kabinəsi və qoşqusunun ayrı-ayrı yerlərində gizlədilən cəmi 15 ədəd polietilen bağlama aşkar edilib.

Həmin bağlamalara baxış nəticəsində isə üzərində müxtəlif simvol və heroqlif olan 4 ədəd qızıl sikkə, üzərində müxtəlif simvol və heroqlif olan 20 ədəd gümüş sikkə, bürüncdən hazırlanan - üzərində şamdan simvolu olan 18 ədəd kulon, eləcə də xaça bənzər 22 ədəd kulon, üzərində simvol olan kubşəkilli 5 ədəd predmet, üzərində simvol olan 4 ədəd çoxbucaqlı predmet, üzərində simvol olan 1 ədəd səkkizbucaqlı predmet, üzərində müxtəlif simvollar olan 280 ədəd dördbucaqlı predmet və nəhayət, üzərində müxtəlif simvol və heroqlif olan 10.800 ədəd dairəvi şəkilli mis aşkara çıxarılıb.     

Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən təqdim olunan predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə məxsus, Roma imperiyası və Bizans imperiyası dövrünə aid olub, tarixi, bədii, muzey, etnoqrafik arxeloji əhəmiyyət kəsb edir.

Faktla bağlı araşdırma aparılır.

Roma imperiyasına aid əşyalar Azərbaycan gömrüyündə saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3173

Oxşar yazılar

Azərbaycanda zəlzələ  oldu

Azərbaycanda zəlzələ oldu

28 mart 2025 , 15:13
Bakıda İran casuslarına HÖKM OXUNDU

Bakıda İran casuslarına HÖKM OXUNDU

28 mart 2025 , 14:11
Cəlilabadda 10 gün əvvəl  kanala düşən maşının sərnişini öldü

Cəlilabadda 10 gün əvvəl kanala düşən maşının sərnişini öldü

28 mart 2025 , 11:50
Ağdamda qadın 8 gündür itkin düşüb

Ağdamda qadın 8 gündür itkin düşüb

28 mart 2025 , 10:30
Gəncədə sirkə içən gənc qız öldü

Gəncədə sirkə içən gənc qız öldü

28 mart 2025 , 10:21
Goranboyda qızını bıçaqlayan ata saxlanıldı - YENİLƏNİB

Goranboyda qızını bıçaqlayan ata saxlanıldı - YENİLƏNİB

28 mart 2025 , 09:45
Süd içən körpə boğulub öldü

Süd içən körpə boğulub öldü

28 mart 2025 , 09:34
Yasamalda evi qadının başına uçuran şirkətin rəhbəri saxlanıldı  - VİDEO

Yasamalda evi qadının başına uçuran şirkətin rəhbəri saxlanıldı - VİDEO

28 mart 2025 , 09:12