Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
APA xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Saat 18:30
Qətl törətməkdə təqsirli bilinərək saxlanılan meyxanaçı Rəşad Dağlı (Əmirov) məhkəmə qarşısına çıxarılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, artıq onuna bağlı istintaq orqanı tərəfindən verilmiş təqdimat məhkəməyə daxil olub.
Təqdimata əsasən, istintaq orqanı meyxanaçı barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyir.
Təqdimata bu gün Qaradağ rayon Məhkəməsində hakim Teymur Qurbanovun icraatında baxılacaq.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi qətlə yetirib.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Onu da qeyd edək ki, qətlə yetirilən İsgəndər Mehdiyev 15 gün əvvəl həbsdən çıxıbmış.