Rayon sakini İNTİHARA  cəhd etdi
09 fevral 2022 19:56 (UTC +04:00)

Rayon sakini İNTİHARA cəhd etdi

Bu gün Goranboy rayonu, Kəpənəkçi kənd sakini, 1996-cı il təvəllüdlü Sərdar Həsənov özünü yandırmağa cəhd edib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, onun bu cəhdinin qarşısı alınıb.

S.Həsənov yüngül yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, S.Həsənov yaşadığı evə elektrik enerjisinin və qaz xəttinin çəkilməməsinə etiraz olaraq bu addımı atıb.

Goranboy rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sakin dəfələrlə icra başçısının və RİH-nin məsul əməkdaşlarının qəbulunda olub: “Ona hər dəfə dəstək göstərilib, problemləri dinlənilib və kömək edilib”.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920

Oxşar yazılar