Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR
11 dekabr 2024 16:40 (UTC +04:00)

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarov yenidən məhkəməyə müraciət edib.

Lent.az xəbər verir ki, onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciəti icraata götürülüb.

Bu gün bununla bağlı iclas təyin olunsa da, proses təxirə salınıb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Nizaməddin Quliyev koronavirusa yoluxaraq 2021-ci il sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Apellyasiya Məhkəməsi R. Tatarovun həbs müddətini 3 ay azaldıb. Ali Məhkəmə isə təyin olunmuş cəzanı ağır hesab edib, cəzanı azaldılaraq 6 ilə endirib. Onun cəza müddəti gələn ilin sonlarında başa çatacaq.

Xatırladaq ki, N. Quliyevə və R. Tatarova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ittiham irəli sürülmüşdü./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3329

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09