Qubad İbadoğlu ilə bağlı yeni məhkəmə QƏRARI
18 dekabr 2024 16:03 (UTC +04:00)

Qubad İbadoğlu ilə bağlı yeni məhkəmə QƏRARI

Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətinə baxıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Q. İbadoğlu bu ay Avropaya səfərlə bağlı qadağanın götürülməsi üçün məhkəməyə növbəti dəfə müraciət edib.

Qeyd edək ki, Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), 167-3.1-ci (dini ekstremizmyönlü materialların saxlanması və ya yayılması) maddələrilə ittiham irəli sürülüb.

Bu il aprelin 22-də məhkəmə onun barəsində qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılmasına qərar verib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6300

Oxşar yazılar

Rayon camaatı polislə birgə onu axtarır

Rayon camaatı polislə birgə onu axtarır

3 iyun 2025 , 10:04
Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

3 iyun 2025 , 09:41
Göyçayda kişi evində ölü tapıldı

Göyçayda kişi evində ölü tapıldı

3 iyun 2025 , 09:37
Qaxda gənc oğlanı ilan sancdı

Qaxda gənc oğlanı ilan sancdı

3 iyun 2025 , 09:29
Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28