Qazax Neft Bazasında maşın partladı, ölən var - VİDEO  - YENİLƏNİB
07 yanvar 2026 14:40 (UTC +04:00)

Qazax Neft Bazasında maşın partladı, ölən var - VİDEO - YENİLƏNİB

1

Qazaxdakı yanğın partlayışdan meydana gəlib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.

***

Saat 14:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1631

Oxşar yazılar