Qaxda "Azərişıq" əməkdaşı dirəkdən yıxıldı
09 dekabr 2025 15:54 (UTC +04:00)

Qaxda "Azərişıq" əməkdaşı dirəkdən yıxıldı

0

Qaxda “Azərişıq” əməkdaşı elektrik dirəyindən yıxılıb.

Lent.az-ın məlumatına görə, hadisə saat rayonun Ağçay kəndi ərazisində, Qax-İlisu avtomobil yolunun kənarında baş verib. Elektrik dirəyində təmir işləri aparan “Azərişıq”ın Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşı, 38 yaşlı Qax şəhər sakini Elçin Arif oğlu Bilalov ehtiyatsızlıqdan yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Bilalov Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar