Sankt-Peterburqdakı mənzillərin birində keçirilən ziyafət qətllə yekunlaşıb.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, iki qardaş mübahisə edib, onlardan biri bıçağı götürərək digərinə 17 bıçaq zərbəsi vurub. Döş qəfəsi və qarın nahiyəsindən aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə ölüb.
Mərhumun qardaşı təslim olub.
Baş vermiş hadisə ilə əlaqəli cinayət işi başlanılıb, araşdırma aparılır.