Tıva Respublikasının payatxtı Qızılda bir qadın avtomobilinin kapotunda ona hücum edən tanışını polisə gətirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 29 yaşlı qadın sürücü oğlan tanışı ilə görüşüb. Bu zaman onun rəfiqəsi də yanında olub. Görüş zamanı kişi özünü aqressiv aparmağa, hədələməyə və söyüş söyməyə başlayıb. Bundan sonra qadınlar avtomobilə girərək qapıları bağlayıblar və kişi avtomobilin kapotuna çıxaraq şüşəni sındırmağa cəhd edib.
Kişi kapotun üstünə uzanan zaman sürücü polis idarəsi istiqamətində hərəkət edib. İdarəyə çatanda təcavüzkar kapotdan atılaraq qaçıb. Avtomobil sahibi sərnişinlərin daşınması qaydalarını pozduğuna görə min rubl cərimə olunub.
Görüntüləri təqdim edirik: