Tatarıstanda 66 yaşlı qadın nəvəsi ilə odun doğrayarkən, mişar yerindən sıçrayıb qarşısındakı nəvəsinə dəyib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, hadisə nəticəsində səkkiz yaşlı uşaqda burun körpüsü kəsilib, üzün dərisi və əzələləri zədələnib, həmçinin burun sümükləri və göz orbiti qırılıb. Zərərçəkmiş xəstəxanaya aparılıb.
Faktla bağlı “Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma” maddəsi ilə iş başlanıb.