Gürcüstan Daxili İşlər Nazirliyinin aviasiya təhlükəsizliyi idarəsinin rəis müavini Levan Sulaşvilinin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, noyabrın 6-da 28 yaşlı Sulaşvilinin meyiti öz avtomobilində başından güllə yarası ilə Tbilisi su anbarı yaxınlığında aşkar edilib.
Hadisənin intihar yaxud qətl olması dəqiq bilinmir.
Faktla bağlı Daxili İşlər Nazirliyi intihar həddinə çatdırma maddəsi ilə araşdırmalara başlayıb.