Polis yola çıxan qadınla bağlı açıqlama verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.
Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.
Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzanaraq yol hərəkətinə mane olmasını əks etdirən görüntülər yayılmışdı.