Piyada keçidində kişini maşın vurub öldürdü
08 iyun 2023 10:33 (UTC +04:00)

Piyada keçidində kişini maşın vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayon ərazisində baş verib. 18 yaşlı Aləm Əsədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyada keçidində 37 yaşlı Qasım Zeynalovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Mehman Nəbiyev

Oxşar yazılar