Rusiyada ömürlük məhkum həbsxanada özünü öldürdü
11 fevral 2025 16:20 (UTC +04:00)

Rusiyada ömürlük məhkum həbsxanada özünü öldürdü

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnaya cova” həbsxanasında ömürlük məhkum intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, ölüm cəzasına məhkum olunanlar cəzalarını orada çəkirlər.

Hadisə bazar ertəsi səhər cəzaçəkmə müəssisəsinin sənaye zonasında baş verib. Orada 32 yaşlı məhbusun meyitini intihara uyğun bədən xəsarətləri ilə tapıblar. 

Həmin şəxs quldurluq, qətl, soyğunçuluq və adam oğurluğu maddələri ilə təqsirli bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545

Oxşar yazılar