Oğuzda "Mercedes" ağaca çırpıldı, yaralılar var
30 may 2026 10:16 (UTC +04:00)

Oğuzda "Mercedes" ağaca çırpıldı, yaralılar var

0

Oğuzda yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qaraməryəm-Şəki yolunun Qumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

32 yaşlı Amil Əmiraslanovun "Mercedes" markalı avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişini olan 45 yaşlı Sevinc Əlifova xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar