Oğuzda iki maşın toqquşdui, iki nəfər  yaralandı
05 iyun 2026 20:37 (UTC +04:00)

Oğuzda iki maşın toqquşdui, iki nəfər yaralandı

0

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KIA" və VAZ-21012 markalı avtomobillər toqquşub. Nəticədə VAZ markalı avtomobildə olan Bərdə rayon sakinləri – 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar