28 iyun saat 00:00-a olan məlumata əsasən Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb.
Lent.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Qeyd olunub ki, 27 iyun saat 8:00-la müqayisədə su səviyyəsi 71 sm çoxdur və su sərfi 750 m3/san olmaqla ongunluk normanın 186 %-ni təşkil edir.
***
23.13
"Kürün yuxarı axımında daşqın istisna olunmur".
Lent.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisi bildirib ki, son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən bu proseslər Respublikanın şimal və qərb rayonlarıbda müşahidə edilir. Bu gün axşam saatlarında Gədəbəy rayonunda iri dənəli dolu qeydə alınıb.
Oxşar proseslər qonşu ölkələrdə də müşahidə edilir. Türkiyədə sel və daşqın hadisələri, Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Tbilisi məntəqəsində Kürün səviyyəsi xeyli artıb.
Nəticədə bu gün səhər saat 8.00 ilə müqaisədə artıq Azərbaycan ərazisində Kür Qıraqkəsəmən məntəqəsində su səviyyəsi 64 sm artıb.
Bu proses gecə ərzində davam edecək. Sabah Kürün yuxarı axarında yüksək sululuq müşahidə olunacaq. Dasqın istidən olunmur.
Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir.
Yaxın günlər ərzində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var.