Naxçıvanda evdə yanğın: Ölən var
11 aprel 2025 21:22 (UTC +04:00)

Naxçıvanda evdə yanğın: Ölən var

Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 4 m² hissəsində yataq dəsti yanıb. Evin 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 56 yaşlı Hüseynov Vəli Şuqeyib oğlu dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358

Oxşar yazılar