Naxçıvan şəhər sakininin intiharının bəzi təfərrüatları məlum olub.
Lent.az-ın Naxçıvan bürosu xəbər verir ki, Əli Bayramovun intihar etməsinə onun psixoloji probleminin olması səbəb olub.
Belə ki, o, əvvəllər buna görə xəstəxanada müalicə də alıbmış.
Məhrum Naxçıvan şəhərində fəaliyyət göstərən "Köhnə bazar"da ticarətlə məşğul olurmuş.
Ceyhun Məmmədov
***
saat 16:03
Naxçıvanda intihar baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Xiyabani küçəsində qeydə alınıb.
Naxçıvan şəhər sakini, 53 yaşlı Əli Abbas oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb.
Əli Bayramovun asılmış meyitini yaxınları aşkar edib.
Onun özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.