Rəssam Nağdəli Xəlilov
17 mart 2025 00:55 (UTC +04:00)

Rəssam Nağdəli Xəlilov

Nağdəli Xəlilov vəfat etdi

Rəssam Nağdəli Xəlilov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya mərhum rəssamın nəvəsi məlumat verib.

O qeyd edib ki, Nağdəli Xəlilovun ölüm səbəbi beyinə qan sızması və oksigen çatışmazlığı olub.

O, sabah Mərdəkan qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssamın üç fərdi sərgisi keçirilib. 1988-ci ildən etibarən ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısı olub. Onun əsərləri Türkiyə, Gürcüstan, Almaniya, Amerika, Çexoslovakiya, ərəb ölkələri və Azərbaycanda nümayiş olunub. Rəssamın “Tək ağac”, “Heyva ağacı”, “Nar ağacı”, “İki ağac” mənzərələrini, “Nəsrəddin Tusi”, “Cəlaləddin Rumi”, “Şəhriyar”, “Xəstə Qasım”, “Heyran xanım”, “İrəvan xanı Hüseynxan”, “Füzuli”, “Mir Möhsün Nəvvab” portretlərini,  “Qurtuluş ağacı”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm və Həvva”, “Kəbə”, “Mirac”, “Hicrət”, “İlk İslam həmrəyliyi”  və s. tarixi janrında çəkilmiş əsərlərini qeyd etmək olar. Nağdəli Xəlilov 2009-cu ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasına müxbir üzv, 2011–ci ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib və akademik adı alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35