Moskvada azərbaycanlı ər-arvadın  ölümünün TƏFƏRRÜATLARI
24 fevral 2026 09:23 (UTC +04:00)

Moskvada azərbaycanlı ər-arvadın ölümünün TƏFƏRRÜATLARI

0

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı ər-arvadın faciəvi ölümü ilə bağlı detallar məlum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, fevralın 16-da Yeni Moskvada azərbaycanlı ər-arvad binadan yıxılaraq ölüblər. Faciənin ehtimal olunan səbəbi ailədaxili münaqişə və mümkün boşanma ilə bağlı gərginlik kimi göstərilir.

Rusiya mediasının məlumatına görə, faciənin ehtimal olunan səbəbi qarşıdan gələn boşanma olub.

Məlumata əsasən, 41 yaşlı kişi və 38 yaşlı həyat yoldaşı (Azərbaycan əsilli, lakin Rusiya vətəndaşlığı olan) üç qız övladı ilə birlikdə 2023-cü ildə Xantı-Mansi Muxtar Dairəsinin Beloyarski şəhərindən Moskva vilayətinə köçüblər.

Onlar Kommunarka rayonunda 25 illik ipoteka ilə üçotaqlı mənzil alıblar. Beloyarskidə ailənin iki mağazası olub (foto xidmət və geyim satışı) və biznesləri yaxşı gedirmiş. Buna görə yaşayış yerlərini dəyişmək qərarına gəliblər. Yeni evlərinin yaxınlığında kirayə obyekt götürərək alt paltarı və ev geyimləri mağazası açıblar.

Lakin sonradan biznesin gəlirinin aşağı olmasından şikayət ediblər və yaxın zamanda mağazanı satmağı planlaşdırıblar. Bundan əlavə, ailə başçısı ciddi xəstəlikdən əziyyət çəkirmiş. O, yaxın zamanda müalicə üçün sanatoriyadan qayıdıbmış.

Bununla belə, bəzi məlumatlara görə, hadisənin səbəbi başqa ola bilər. Son həftələr ailədə gərginlik hökm sürüb: mümkün boşanma və uşaqların kiminlə qalacağı məsələsi müzakirə olunurmuş.

Ehtimal olunur ki, hadisə günü növbəti mübahisə baş verib. İlkin məlumata görə, əvvəlcə qadın həlak olub, ardınca isə kişi. Hadisə yerinə fövqəladə xidmət əməkdaşlarını təsadüfi yoldan keçənlər çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar