Cənubi Afrikada naməlum şəxslər ilk açıq gey imam Muhsin Hendriksi güllələyiblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun Keyptaun ətrafındakı Qkeberha yaxınlığında öldürüldüyü bildirilir. Hendriks lezbiyan, gey, biseksual və transgender müsəlmanlar üçün məscidin imamı idi.
“İki naməlum maskalı şəxs avtomobildən düşərək onun olduğu maşına atəş açmağa başlayıb”, - polis bildirib.
Qeyd olunur ki, əvvəllər imama cangüdənləri işə götürmək tövsiyə edilib, lakin o, “real olmaq zərurətini” əsas gətirərək bu fürsəti rədd edib.
Hendriks deyirdi ki, məqsədi möminlərin mühakimə qorxusu olmadan dua edə biləcəyi bir məkan yaratmaqdır.
O, 2022-ci ildə “Guardian”a demişdi: "Mənə mühafizəçi işə götürməyimi söylədilər, amma mənim üçün özüm olmaq ölüm qorxusundan daha vacibdir”.