Məktəb direktorunu 900-ə yaxın arı sancıb öldürdü
20 noyabr 2025 11:11 (UTC +04:00)

Məktəb direktorunu 900-ə yaxın arı sancıb öldürdü

0

Hindistanın Qərbi Benqaliya ştatının Durqapur şəhərində 62 yaşlı Nirmal Dutta arı sürüsünün hücumu nəticəsində həlak olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, kişi motosikletlə həkim olan oğluyla birlikdə gedirmiş. Əvvəlcə bir arı oğlunu sancıb. Dutta motosikleti saxlayıb və dəbilqəsini çıxarıb, bundan sonra bütün sürü ona hücum edib. Həşəratlar pensiyaçının başını tam örtərək onu ən azı 890 dəfə sancıblar. Kişi yerə yıxılıb. Bir müddət sonra arılar oğluna da hücum etməyə başlayıblar.

Hadisə yerinə çatan polis əməkdaşları yorğanlara bürünərək zərərçəkənlərə yaxınlaşa biliblər. Onlar kişiləri təhlükəsiz yerə apararaq, xəstəxanaya çatdırıblar.

Lakin keçmiş məktəb direktoru olan Duttanı xilas etmək həkimlərə mümkün olmayıb. Onun oğlu xəstəxanada dörd gün qalıb və daha sonra evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar