Masallıda "Mercedes" divara çırpıldı, gənc sürücü öldü
09 mart 2026 11:49 (UTC +04:00)

Masallıda "Mercedes" divara çırpıldı, gənc sürücü öldü

0

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.

Masallı rayon sakini 21 yaşlı Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar