Masallı rayonu, Qəriblər kəndində kottecdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.
***
18:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndində kottecdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Lent.az verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, meşəlik ərazidə istirahət mərkəzinə aid kottecdə açıq alov müşahidə olunur. Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Yanğın saat 17:51-də məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.