Lökbatanda AĞIR QƏZA:  ər-arvad yerindəcə keçindi
20 fevral 2025 09:22 (UTC +04:00)

Lökbatanda AĞIR QƏZA: ər-arvad yerindəcə keçindi

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

39 yaşlı Hüseynov Vasif Pənah oğlunun idarə etdiyi "Mercedes" markalı yük avtomobili qarşı tərəfdən gələn 42 yaşlı Kərimov Şövqi Mirsahib oğlunun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə minik maşınının sürücüsü və onun xanımı olan sərnişin, Kərimova Aytac Nuğay qızı aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar