Lerikdə avtomobil dərəyə aşdı-Xəsarət alanlar var -YENİLƏNİB -FOTO
31 dekabr 2025 13:03 (UTC +04:00)

Lerikdə avtomobil dərəyə aşdı-Xəsarət alanlar var-YENİLƏNİB-FOTO

1

Lerik rayonunda baş verən qəzada xəsarət alan 7 nəfər Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya xəstəxanadan məlumat verilib. 

Xəsarət alanlar Lerik rayon sakinləri - 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Səlimov və sürücü 1990-cı il təvəllüdlü Pərvaz Məmmədovdur.

Onların hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu səhər Lənkəran-Lerik magistralının 53-cü km-də baş verib.

***

saat 12.57

Xəbərə foto əlavə edilib.

***

saat 12.04

Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 394

Oxşar yazılar