Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.
Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
***
18:31
Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi döngə 1-də meyit tapılıb.
Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparır. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.