Kütləvi dava videosu yayılan azərbaycanlı yeniyetmə axtarışa verildi
28 yanvar 2025 11:03 (UTC +04:00)

Kütləvi dava videosu yayılan azərbaycanlı yeniyetmə axtarışa verildi

Rusiyanın Sankt-Peterburq polisi bir neçə gün əvvəl videosu yayılan kütləvi davanın iştirakçılarını saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə yanvarın 26-na keçən gecə Laboratoriya küçəsində baş verib.

Kalininski rayon cinayət axtarış şöbəsinin əməkdaşları və “E” mərkəzinin əməliyyatçıları əlbəyaxa davanın iştirakçısı olduğu ehtimal edilən iki nəfəri – 18 yaşlı Dağıstan sakini və 17 yaşlı Tacikistan vətəndaşını saxlayıb. Həmçinin daha digər iki nəfərin - 19 yaşlı Dağıstan sakini və 16 yaşlı Azərbaycan vətəndaşının kimliyi müəyyən edilib. Hazırda onlar axtarılır.

Davanın ən gənc iştirakçısının keçmiş məhkum olduğu üzə çıxıb. Keçən il ona qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Məhkəmədə bu iş daha az ağır ittihama - Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinə (sağlamlığa ağır zərər vurma) tövsif edilib. Ona minimum 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, yanvarın 26-da internetdə bir neçə nəfərin iştirak etdiyi davanın videosu yayılıb. İzləyicilərin sözlərinə görə, naməlum şəxslərin hücumunun qurbanları yeniyetmələr olub. Sankt-Peterburqun Kalininski rayonunun polisi faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611

Oxşar yazılar