86 yaşlı kişi Kürdə batdı - YENİLƏNİB
17 fevral 2026 16:28 (UTC +04:00)

86 yaşlı kişi Kürdə batdı - YENİLƏNİB

0

Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 86 yaşlı Nəsirov Rəvayət İxtiyar oğludur.

***
16:06

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar