Rusiyada kişini cərəyan vurub öldürdü, 12 min adam işıqsız  qaldı
20 may 2026 12:33 (UTC +04:00)

Rusiyada kişini cərəyan vurub öldürdü, 12 min adam işıqsız qaldı

1

Rusiyada yük maşını sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, qəza Xabarovsk vilayətində, “Solneçnıy qorod” yaşayış massivində qeydə alınıb. Materialların boşaldılması zamanı sürücü yüksək gərginlikli elektrik xəttinin altında yük avtomobilinin kuzov hissəsini qaldırıb və naqillərə toxunub. Nəticədə onu cərəyan vuraraq öldürüb.

Elektrik xəttinin zədələnməsi səbəbindən Topolevo qəsəbəsi, Mirnoye və Skvortsovo kəndləri, eləcə də Vostoçnoye kəndinin bir hissəsi, ümumilikdə 12 000 əhali elektrik enerjisiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 394

Oxşar yazılar