Rusiyanın Sankt-Peterburq şəhərində doğulmamış körpəsinin ayağını kəsən ata həbs olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişi həyat yoldaşı ilə ilə mübahisə zəminində bıçağa bənzər iti alətlə ona hücum edib.
Zərbələrdən biri o qədər dərin olub ki, qadının uşaqlığını zədələyərək bətnindəki körpəyə də xəsarət yetirib.
Qadın təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər ona qarın boşluğunun və uşaqlığın deşilmiş yarası diaqnozu qoyublar. Bətndəki körpənin isə ayağından kəsilmiş yara aldığı müəyyən edilib. Həkimlərin bütün səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda qadının vəziyyətinin ağır olduğu bildirilir.