Keçmiş arvadını qısqanan ər  qonşularını yandırdı
10 sentyabr 2022 16:46 (UTC +04:00)

Keçmiş arvadını qısqanan ər qonşularını yandırdı

Sumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb.

Lent.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən benzin ataraq yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə zamanı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar.

Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Anar Məmmədovun bədənin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib.

Həyat yoldaşından 2016-cı ildən boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Keçmiş həyat yoldaşı Aynurə Məmmədova  APA-ya açıqlamasında bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış. Aynurə Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4630

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15