İtkin düşən kişi öz maşınında ölü tapıldı
26 fevral 2026 19:58 (UTC +04:00)

İtkin düşən kişi öz maşınında ölü tapıldı

0

Türkiyədə itkin düşən kişinin meyiti maşında silahla vurulmuş halda tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Burdur rayonunun Gölhisar qəsəbəsində baş verib.

Axşam saatlarında evindən çıxan 52 yaşlı Ç.Ş. gecə evinə qayıtmayıb. Bundan sonra ailəsi onun itkin düşməsi barədə polisə xəbər veriblər. Nəticədə Ç.Ş. itkin düşmüş şəxs kimi axtarışa verilib.

Lakin bir çoban Ç.Ş.-ya məxsus avtomobili görərək polisə xəbər verib. Hadisə yerinə gələn əməkdaşlar avtomobildən onun meyitini tapıblar. Ç.Ş.-nın tüfəngdən açılan atəş nəticəsində öldüyü müəyyən edilib.

Müstəntiqlər ilkin olaraq intihar versiyası üzərində araşdırma aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar