İsmayıllı rayonunun Talıstan kəndində yerləşən evlərin birindən 2500 manat pulun oğurllanması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulları xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.