Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lernt.az-a verilən məlumata görə, aprelin 1-i saat 2:30-da “Göytəpə” sərhəd dəstəsinin və Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları birgə tədbirlər keçirib. Nəticədə Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 nəfər rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.