İrandan Rusiyaya aparılan bibərin arasında  25 kilodan çox narkotik  aşkarlandı - VİDEO
11 avqust 2026 13:50 (UTC +04:00)

İrandan Rusiyaya aparılan bibərin arasında 25 kilodan çox narkotik aşkarlandı - VİDEO

0

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent,az-a verilən xəbərə görə, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İrandan Rusiyaya aparılan bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - FOTO  - VİDEO

İrandan Rusiyaya aparılan bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - FOTO  - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar