Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2024-cü ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirilib.
İclasda çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov deyib ki, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.