“İnstagram”da canlı yayım açıb bütün məcburi köçkünləri təhqir edən Bakı sakininin videosu sosial şəbəkələrdə paylaşılıb.
Lent.az-ın məlumatına görə, həmin şəxs hər cümlədə qaçqın və məcburi köçkünləri ağır söyüşlərlə təhqir edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a hazırda bununla bağlı araşdırma aparıldığını bildirib:
“DİN sözügedən video ilə məlumatlıdır. Hazırda həmin faktla bağlı araşdırma aparılır”.
Canlı yayım açılan "İnstagram" profili