Həmin sürücü saxlanıldı:  "Gelandewagen" cərimə meydançasına salındı
09 iyun 2026 11:15 (UTC +04:00)

Həmin sürücü saxlanıldı: "Gelandewagen" cərimə meydançasına salındı

0

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb.

Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, məlum hadisə Masazır qəsəbəsində baş verib. 

“Kia” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına “Mercedes” markalı avtomobil çıxıb.

“Kia”nın sürücüsü buna etiraz etdikdə qarşı tərəfin sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb.

Daha sonra isə avtomobili qəsdən “Kia” markalı nəqliyyat vasitəsinə çırpıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar