Bakıda külək hasarı uçurdu, ölən var - YENİLƏNİB
05 fevral 2026 10:33 (UTC +04:00)

Bakıda külək hasarı uçurdu, ölən var - YENİLƏNİB

0

Bakıda hasarın aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Zeytun küçəsində qeydə alınıb. 

Güclü külək hasarı aşırıb. Nəticədə 1980-cı il təvəllüdlü Rüfət Qasımov dağıntı altında qalaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

***

saat 10:29

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar