Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı yolun kənarında olan 22 yaşlı F. Quluzadə minik avtomobili ilə divarın arasında qalaraq ölüb. 16 yaşlı R. Zeynalov isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.