Gəlin toyundan saatlar sonra dul qaldı  - Faciəvi "bal ayı"
04 iyun 2026 18:00 (UTC +04:00)

Gəlin toyundan saatlar sonra dul qaldı - Faciəvi "bal ayı"

0

ABŞ-da bəy toydan bir neçə saat sonra ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 25 yaşlı Deyv Fici mayın 29-da sevgilisi Cenni ilə evlənib. Yaxınlarının sözlərinə görə, toy mərasimi problemsiz keçib və hər şey planlaşdırıldığı kimi olub.

Həmin günün axşam saatlarında cütlük bal ayına yollanmaq üçün helikopterlə Atlanta şəhərinə uçmağı planlaşdırıb. Lakin uçuş zamanı əraziyə qatı duman çöküb. Pilot bildirib ki, belə hava şəraitində havaya qalxmaq üçün risk etmək olmaz. Lakin helikopterin pilotu ilə söhbətdən sonra cütlük uçuşun təhlükəsiz olduğuna inanaraq səfərə çıxmağa qərar veriblər. Pilot qısa müddətdə yüksək hündürlüyə qalxaraq duman qatının üzərindən keçəcəyini vəd edib.

Ancaq helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaxınlıqdakı meşəlik əraziyə düşərək qəzaya uğrayıb. Qəza nəticəsində Cenni dağıntılar altında huşunu itirib. O, ayıldıqdan sonra təxminən beş saat xilasedicilərin gəlməsini gözləyib.

Həkimlərin müayinəsi zamanı qadının ciddi xəsarət almadığı müəyyən edilib. Onun bədənində yalnız əzik və kəsiklər aşkarlanıb.

Hadisə zamanı Deyvin və pilotun həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, Cenni nikah mərasimindən cəmi bir neçə saat sonra həyat yoldaşını itirərək dul qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar