Füzulidə ağır qəza, 1 ölü, 4 yaralı var
16 fevral 2026 23:50 (UTC +04:00)

Füzulidə ağır qəza, 1 ölü, 4 yaralı var

0

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu, sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı xəsarət alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar