Füzuli və Cəbrayıl rayonları ərazisində güclü yanğın davam edir - YENİLƏNİB
08 yanvar 2026 08:44 (UTC +04:00)

Füzuli və Cəbrayıl rayonları ərazisində güclü yanğın davam edir - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi,  Qazaxlar və Mirzənağılı kəndləri  istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

00:53

Füzuli və Cəbrayıl rayonları ərazisində açıq kolluq ərazilərdə güclü yanğın başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, kolluq ərazidə başlayan yanğın küləyin təsiri ilə geniş miqyasda yayılıb.

Yanğın yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb olunub. Alovun qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3385

Oxşar yazılar