Türkiyədə əxlaqsızlıq yuvasında əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat Kütahya şəhərində baş tutub. 2 ay davam edən izləmələrin nəticəsində aprelin 22-də səhər tezdən 7 ayrı ünvana basqın edilib.
Nəticədə fahişəliyə cəlbetmə və vasitəçilik edən 1-i qadın olmaqla 6 nəfər saxlanılıb.
Həmçinin əməliyyatın baş tutduğu ünvanlardan fahişəliyə məcbur edilən 1-i azərbaycanlı olmaqla ümumilikdə 13 qadın xilas olunub.
Bundan əlavə, həmin ünvanlardan çoxlu sayda silah-sursat və əxlaqsız videoların olduğu disklər aşkarlanıb. İstintaq çərçivəsində 45 nəfərin ifadəsi alınıb və araşdırmaların davam etdiyi bildirilir.