Bakının Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.
Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.