Gənc oğlan evlərinə quraşdırdığı kamera ilə anasının sevgilisini təqib edərək öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa vilayətində baş verib. Bursa sakini Furkan Aras Murat Göksulunu bıçaqlayaraq öldürüb.
Cinayətin təfərruatlarını danışan gənc bildirib ki, “Evdə quraşdırdığım kamera vasitəsi ilə onun evimizə gəldiyini görüb mən də evə gəldim. Aramızda olan mübahisə zamanı mənə bıçaqla hücum etdi. Üzərimdə gəzdirdiyim bıçaqla özümü müdafiə etməyə çalışdım. Daha sonrasını isə xatırlamıram.”
23 yaşlı Furkan Aras evli olmasına baxmayaraq anası ilə yaşayan Murad Göksulunu evlərinin qarşısında bıçaqlayaraq öldürüb. Hadisədən sonra saxlanılan Aras həmçinin qeyd edib ki, boşanıb anamla evlənəcəyini deyirdi. Hadisədən qabaq narkotik vasitə istifadə edərək anamı uyğunsuz videolarla təhdid etdyini öyrəndim. Evə kamera sistemi quraşdırdım. Bütün hadisələr də bundan sonra baş verdi.
Qeyd edək ki, hadisə fevral ayında baş verib. Furkan Aras saxlanılıb. Məhkəmənin qərarına əsasən mərhumun ikinci telefonu araşdırılır və şahidlər dindirilir