Xaçmaz rayonunda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yergüc kəndində baş verib.
Kənd sakini Murad Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan kişinin bu gün vəfat etdiyi bildirilir.