32 yaşlı ektrasens böyük miqyasda dələduzluq etdiyi üçün həbs edilib.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, hadisə Novosibirsk vilayətində baş verib.
Mənbənin məlumatına görə, 1 il müddətində özünü ekstrasens kimi təqdim edən müttəhim zərərçəkənə sevgi sehri edəcəyini vəd edib. O, qadını inandırıb ki, ayinləri yerinə yetirmək üçün pul lazımdır, hər dəfə məbləği artırıb. Nəticədə dələduz zərərçəkmişin dörd milyon rubldan çox (44 min dollardan çox) pulunu alıb.
Dələduzluqda ittiham olunan şəxs saxlanılıb.